Çinin keçmiş müdafiə nazirləri olan Vey Fenqhe və Li Şanqfu rüşvət ittihamları ilə iki illik möhlətlə edam cəzasına məhkum ediliblər.


 


Sfera.az bildirir ki, Vey rüşvət almaqda, Li isə həm rüşvət almaqda, həm də təklif etməkdə günahkar bilinib. Onlar həmçinin ömürlük siyasi hüquqlarından məhrum ediliblər və bütün şəxsi əmlakları müsadirə olunacaq.


 


Li külli miqdarda pul rüşvət almaqda və başqalarına rüşvət verməkdə şübhəli bilinirdi və istintaq onun siyasi vəzifələrini yerinə yetirmədiyi və şəxsi və yaxınlarının mənfəətini güddüyü qənaətinə gəlib.


 


2023-cü ildə Vey əleyhinə başlanan istintaq nəticəsində məlum olub ki, o, rüşvət şəklində külli miqdarda pul və qiymətli əşyalar qəbul edib və başqalarına şəxsi əməliyyatlarda qanunsuz fayda əldə etməkdə kömək edib. Jurnalistlərin sözlərinə görə, onun hərəkətləri son dərəcə ciddi, son dərəcə zərərli nəticələrə və böyük zərərə səbəb olub. 


 


Vey 2018-ci ildən 2023-cü ilə qədər müdafiə naziri vəzifəsində çalışıb və 2023-cü ilin mart ayında vəzifə müddəti xeyli qısa olan Li ilə əvəz olunub.


 


O, 2023-cü ilin oktyabrında, qəfildən ictimai həyatdan yoxa çıxdıqdan iki ay sonra vəzifəsindən azad edilib. 




Həm Vey, həm də Li Mərkəzi Hərbi Komissiyanın və Dövlət Şurasının keçmiş üzvləri olublar.


 


Çin hərbi məhkəməsinin keçmiş nazirlərə qarşı çıxardığı hökm, 2012-ci ildə hakimiyyətə gəldikdən sonra Prezident Si Cinpinin başlatdığı genişmiqyaslı korrupsiyaya qarşı mübarizənin nəticəsi olub. Son illərdə təmizləmələr silahlı qüvvələrə də şamil edilib. Məsələn, 2023-cü ildə həm nüvə silahları, həm də ənənəvi raketlər üçün məsul olan elit Raket Qüvvələrinə qarşı auditlər başladılıb.


 


Bu ilin əvvəlində Xalq Azadlıq Ordusunun yüksək rütbəli generalı və uzun müddət Si Cinpinin müttəfiqi hesab edilən Siyasi Büro üzvü Çjan Yuxie hərbi korrupsiya ilə bağlı araşdırmalardan sonra vəzifəsindən azad edilib. O, Çinin nüvə silahı proqramı haqqında məxfi məlumatları ABŞ-a ötürməkdə şübhəli bilinir.


 


Qeyd edək ki, Çində, şərti ölüm hökmü, adətən, məhkum edilmiş şəxs şərti cəza müddətində heç bir cinayət törətmədikdə, ömürlük həbs cəzası ilə əvəz olunur.


 


Cəzanın yüngülləşdirilməsindən sonra Vey Fenqhe və Li Şanfu daha yüngülləşdirmə və ya şərti azadlığa buraxılma imkanı olmadan ömürlük həbs cəzasına məhkum ediləcəklər.


 


Aynil