Rusiya Prezident Alayının keçmiş hərbçiləri “xüsusi hərbi əməliyyatda” iştirak edirlər və onlardan 61-i həlak olub.


 


Sfera.az xəbər verir ki, bu barədə rusiyalı polkovnik-leytenant Denis Varennikov jurnalistlərə bildirib.


 


"Təəssüf ki, itkilər var. Hazırda Kremlin 61 əsgərinin öldürüldüyünü bilirik", - Varennikov deyib.


 


Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi 8-10 may tarixləri arasında Qələbə Günü münasibətilə Ukraynadakı hərbi əməliyyatlarda atəşkəs elan edildiyini açıqlayıb./axar