Milyonlarla dollarlıq sərvət məşhur uşaqlar üçün qayğısız bir gələcəyə zəmanət vermir. Bir çox Hollivud və musiqi sənayesi ulduzları, övladlarına özlərinin uğur qazanmağı öyrənməsi üçün sərvətlərini onlara ötürməyi planlaşdırmadıqlarını deyirlər.
Sfera.az bildirir ki, getdikcə daha çox məşhur, böyük mirasların motivasiyalarına və xarakterlərinə zərər verdiyinə inanaraq, milyonlarla sərvətini övladlarına qoymaqdan imtina edir.
Məşhurlar əmindirlər ki, övladları ailə sərvəti ilə yaşamaqdansa, özləri uğur qazanmalı və maliyyə müstəqilliyinə nail olmalıdırlar.
Sting: "İşləməmək bir növ zorakılıqdır"
Britaniyalı musiqiçi Sting bu yaxınlarda altı övladı üçün mirasla bağlı mövqeyini təkrarlayıb. Xalis sərvəti 550 milyon dollar qiymətləndirilən sənətçi, uşaqlarına sırf işləməmək üçün pul qoymağın “zorakılıq" olduğunu bildirib.
Onun sözlərinə görə, bütün övladları güclü iş etikasına malikdir və zəhmətin dəyərini başa düşürlər. 2014-cü ildə müğənni varislərinə etibar fondları qoymaq istəmədiyini, çünki onların gələcəkdə “yük"ə çevrilə biləcəyini deyib.
Daniel Kreyq mirasları "dadsız" hesab edir
Aktyor Daniel Kreyq də böyük miraslara qarşı çıxır. Ceyms Bond ulduzu mirasını "olduqca cəlbedici" hesab edir və 200 milyon dollarlıq sərvətini sağlığında xeyriyyə təşkilatlarına xərcləməyi və ya bağışlamağı planlaşdırır.
Eşton Kutçer və Mila Kunis yalnız uşaqlarının biznes ideyalarına investisiya qoyacaqlar
Ümumi sərvəti 575 milyon dollar olduğu təxmin edilən həyat yoldaşları Eşton Kutçer və Mila Kunis uşaqları üçün miras qoymağı planlaşdırmırlar. Bunun əvəzinə, onlar pulu xeyriyyəçiliyə və digər sosial məqsədlərə bağışlamağı planlaşdırırlar.
Kutçer bidirir ki, əgər övladları bir iş qurmaq və yaxşı bir plana sahib olmaq istəyirlərsə, valideynləri investisiya qoymağa hazırdırlar, lakin onlar "asan pul" əldə etməyəcəklər.
Ceki Çan oğlunun hər şeyi özü qazanmasını istəyir
Ceki Çan da oxşar fikirdədir. Aktyor bildirib ki, oğlu öz pulunu qazanmalıdır. Əgər bunu edə bilmirsə, ömür boyu valideynlərinin sərvətini "xərcləyəcək".
Mik Caqqer milyon dollarlıq mirasda heç bir məna görmür
“Rolling Stones” qrupunun solisti Mik Caqqer də səkkiz uşağının milyon dollarlıq miras almayacaqlarına işarə edib. Onun fikrincə, rahat həyat üçün yüz milyonlarla dollara ehtiyac yoxdur və musiqiçi gələcək gəlirinin bir hissəsini xeyirxah işlərə bağışlamaq istəyir.
Mari Osmond: Miras tənbəllik yaradır
Müğənni Mari Osmond böyük mirasların tənbəllik hissi yaratdığına əmindir. O, uşaqların öz uğurlarına çatmalı olduqlarına inanaraq sərvətini xeyriyyə təşkilatlarına bağışlamağı planlaşdırır.
Elton Con "gümüş qaşıq"a qarşı
Elton Con həmçinin oğullarına maliyyə sabitliyi təmin etmək istədiyini, lakin 650 milyon dollarlıq sərvətinin hamısını onlara vermək niyyətində olmadığını bildirib. Onun fikrincə, "gümüş qaşıq" uşaqlarının həyatını daha da pisləşdirir.
"Mən varlıyam, uşaqlarım yox"
NBA əfsanəsi Şakil O'Nil dəfələrlə uşaqlarına deyib: "Biz varlı deyilik - mən varlıyam". Keçmiş basketbolçu izah edir ki, vərəsələri atalarının maliyyə dəstəyinə güvənməzdən əvvəl təhsil almalı və cəmiyyətdə özlərini sübut etməlidirlər.
Aynil