Son sutka ərzində İsrailin Livana endirdiyi aviazərbələr nəticəsində 15 nəfər ölüb, 85 nəfər yaralanıb.


 


Sfera.az xəbər verir ki, Livanın Səhiyyə Nazirliyi X sosial şəbəkə hesabında bu barədə məlumat yayıb.


 


"Martın 2-də hərbi eskalasiya başlayandan bəri ölənlərin ümumi sayı 2727-yə, yaralıların sayı isə 8438-ə çatıb", - məlumatda qeyd olunub.


 


Nazirlikdən bildirilib ki, bu gün Nəbatiyyə şəhəri və onun ətrafı intensiv bombardmana məruz qalıb, xilasedicilər dağıntıları təmizləməklə məşğuldurlar.


 


Qurbanların sayının artacağı istisna edilmir.