UEFA Konfrans Liqasında yarımfinal mərhələsi başa çatıb.
Sfera.az xəbər verir ki, "Kristal Pelas" İngiltərədə Ukraynanın "Şaxtyor" komandasını qəbul edib və qalib gəlib - 2:1. İlk oyun da ingilislərin qələbəsilə (3:1) başa çatdığından onlar finala yüksəliblər.
Digər oyunda isə "Strasburq" Fransada İspaniyanın "Rayo Valyekano" klubu ilə qarşılaşıb. Fransızlar ilk oyundakı kimi minimal hesabla məğlub olublar. pizza hut
Beləliklə, "Kristal Pelas" və "Rayo Valyekano" finala vəziqə qazanıb.
Xatırladaq ki, final matçı mayın 27-də Leyptsiq şəhərində təşkil olunacaq.