Yevlaxda avtomobil 7 yaşlı oğlanı vurub.


 


Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.


 


Mustafayev Vicay Vilyam oğlu idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə 7 yaşlı Rəsulov Misirxan Murad oğlunu vurub. Nəticədə azyaşlı aldığı xəsarətlərdən ölüb.


 


Faktla bağlı cinayət işi açılıb.


 


Məlumata görə, mərhum azyaşlı orta məktəbin ibtidai sinfində təhsil alırmış.