Səudiyyə Ərəbistanı Futbol Çempionatının 33-cü turunda “Əl-Nəsr” səfərdə “Əl-Şəbab”ı 4:2 hesabı ilə məğlub edib.


 


Sfera.az xəbər verir ki, qalib komandanın qollarını Joao Feliks (3-cü, 10-cu və 90+8-ci dəqiqələr) və Cristiano Ronaldo (75-ci dəqiqə) vurub. “Əl-Şəbab”ın qollarına isə Yannick Carrasco (30-cu dəqiqə) və Ali Al-Bulaihi (80-ci dəqiqə) imza atıb. Felixin üçüncü qolu penalti zərbəsi ilə qeydə alınıb. Bu qarşılaşmada vurulan qol Ronaldo üçün Səudiyyə Ərəbistanı liqasında 100-cü qol olub. O, 2022-ci ilin dekabrında “Əl-Nəsr”ə transfer olunmuşdu. Bununla da portuqaliyalı hücumçu peşəkar karyerasında ümumilikdə 971-ci qoluna imza ataraq futbol tarixində ən çox qol vuran oyunçu kimi göstəricisini artırıb. Ronaldo karyerası ərzində dörd fərqli liqada 100 qol həddini keçib. O, bu göstəriciyə İspaniya, İngiltərə və İtaliya çempionatlarında da nail olub. Portuqaliyalı futbolçu “Real Madrid”, “Mançester Yunayted”, “Yuventus” və “Əl-Nəsr” klublarında çıxış edib.


 


Onun 100 qola çata bilmədiyi yeganə klub isə karyerasına başladığı “Sportinq”dir.


 


Qeyd edək ki, turnir cədvəlinə 82 xalla “Əl-Nəsr” başçılıq edir. “Əl-Şəbab” isə 32 xalla 13-cü pillədə qərarlaşıb. Növbəti turda “Əl-Nəsr” öz meydanında 77 xalla ikinci yerdə olan “Əl-Hilal”ı qəbul edəcək. Qarşılaşma mayın 12-də keçiriləcək. “Əl-Hilal”ın ehtiyatda bir oyunu da var.


 


Niyaz Hacıyev


Sfera.az