Türkiyənin məşhur seriallarından olan “Delikanlı” üçün erkən final qərarı verilib. 


 


Sfera.az türk mediasına istinadən xəbər verir ki, bazar ertəsi axşamları yayımlanan və qısa müddətdə böyük maraq doğuran layihənin ekran macərası gözləniləndən tez başa çatacaq.


 


Baş rollarda Mert Ramazan Demir, Melis Sezen, Salih Bademci və Mina Demirtaşın yer aldığı serial yüksək büdcəsi və güclü aktyor heyəti ilə mövsümün ən iddialı işlərindən biri hesab olunurdu. Lakin ekran işinin reytinq göstəricilərinin gözləntiləri qarşılamadığı bildirilir.


 


İstehsalını “OGM Pictures” və prodüser Onur Güvenatamın həyata keçirdiyi serial üçün erkən final qərarı alınıb. Məlumata görə, ilk bölümlərin rejissoru olan Zeynep Günay 5-ci bölümdən sonra layihədən ayrılıb.


 


Ssenarisi Aybike Ertürk tərəfindən qələmə alınan serialın çəkilişləri isə hazırda davam edir. Komandanın hazırda 6-cı bölüm üzərində işlədiyi bildirilir.


 


Təxminən 32 milyon TL büdcə ilə çəkilən “Delikanlı” son illərin ən bahalı televiziya layihələrindən biri kimi təqdim olunurdu. Böyük sərmayəyə baxmayaraq, serialın 7-ci bölümdə final edəcəyi qeyd olunur.


 


Fidan Hacızadə

Sfera.az