Rusiyanın Xarici İşlər Nazirliyi Ermənistandakı səfiri Qurgen Arsenyanı nazirliyə çağırıb.


 


Buna səbəb Ukrayna Prezidenti Volodimir Zelenski ilə bağlı baş verən hadisə olub.


 


 


Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya tərəfi Ermənistanda Avropa İttifaqının himayəsi ilə keçirilən tədbirlərdə Zelenskiyə “tribuna verilməsini” qəbuledilməz adlandırıb.


 


Rusiya XİN-in açıqlamasında bildirilib ki, Zelenskinin Moskva əleyhinə səsləndirdiyi fikirlər, o cümlədən “terror xarakterli təhdidlər” ciddi narazılıq doğurub. Rəsmi Moskva həmçinin qeyd edib ki, Ermənistan hakimiyyəti bu açıqlamalara lazımi reaksiya verməyib və bu, iki ölkə arasındakı tərəfdaşlıq münasibətlərinə uyğun deyil. Məlumata görə, Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan Rusiya tərəfinin narahatlığını İrəvana çatdıracağını bildirib.


 


Firuzə Əliyeva


Sfera.az