Amerikalı immunoloq Entoni Fauçi hantavirusla bağlı artan narahatlıqlara dair açıqlama verib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Fauçi ölkədə hantavirusla bağlı risklərin diqqətlə izlənildiyini bildirib.
O qeyd edib ki, virusun potensial yayılmasının qarşısını almaq üçün bəzi qoruyucu tədbirlərin yenidən gündəmə gəlməsi mümkündür.
Onun sözlərinə görə, vəziyyətin inkişafından asılı olaraq vətəndaşlara maska taxılması və sosial məsafənin qorunması kimi tədbirlər tövsiyə oluna bilər.
Fidan Hacızadə
Sfera.az