Ötən gecə müğənni Akif İslamzadə infarkt keçirib və xəstəxanaya yerləşdirilib.


 


Sfera.az  xəbər verir ki, sənətçinin oğlu Ayxan İslamzadə açıqlamasında atasının gecə əməliyyat olunduğunu bildirib:


 


"Ürəyinə stend qoyuldu. Həkimlər deyir ki, çox ağır vəziyyətdə olub. Damarın biri tamam işləmirmiş. İndi reanimasiyadadır. Həkimlər günorta yoxlayacaqlar, ondan sonra qərar veriləcək palataya keçirilsin, yoxsa reanimasiyada qalsın.


 


Ötən gün atamla parkda gəzirdik. Axşam bizə qonaq gələcəydilər. Evlərimiz yaxındır. Dedi ki, yorulmuşam, apardım evə. 2 saat keçməmişdi zəng vurdu ki, ağrıyıram, ürəyim yanır. Təcili yardıma zəng etdim, evə qaçdım. Həkimlər gəldi ki, vəziyyət pisdir. Atam ondan əvvəl də ürəyi ağrıyanda gizlədirdi, demirdi".\axsam.az