Üç ildir müğənni Mert Demir ilə münasibətdə olan aktrisa Serenay Sarıkaya sevgilisi ilə “İnstagram”da səmimi foto paylaşıb.


 


Sfera.az xəbər verir ki, aktrisanın 10,7 milyon izləyicisi olan hesabında paylaşdığı foto böyük maraq doğurub. Sevgilisi ilə avtomobilin arxa oturacağında “selfie” pozu verən Serenay Sarıkaya  sosial mediada müzakirələrə səbəb olub.


 


Digər tərəfdən, Serenay Sarıkaya baş rolda olduğu “Kimlər gəldi, kimlər keçdi” serialının 3-cü mövsüm partiyasında Mert Demir ilə yalın ayaq rəqs etdiyi romantik anlarla izləyicilərin diqqətini çəkib.


 


Mənsumə


Sfera.az