Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) növbəti dəfə raket və pilotsuz uçuş aparatlarının (PUA) hədəfinə çevrilib.
Sfera.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi rəsmi məlumat yayıb.
Bildirilib ki, hücumların qarşısının alınması məqsədilə hava hücumundan müdafiə sistemləri dərhal işə salınıb.
ABŞ və İran arasındakı gərginliyin davam etdiyi bir vaxtda, BƏƏ-dən gələn bu bəyanat bölgədəki təhlükəsizlik qayğılarını daha da artırıb. Nazirliyin məlumatına görə, ölkənin müxtəlif bölgələrində eşidilən partlayış səsləri hücum cəhdlərinin qarşısının alınması üçün həyata keçirilən operativ əməliyyatların nəticəsidir.
Hücumun konkret olaraq kim tərəfindən törədildiyi və hər hansı ciddi dağıntı və ya tələfata səbəb olub-olmadığı barədə hələlik ətraflı məlumat verilmir.
Rəsmi qurumlar əhalini təşvişə düşməməyə, sakitliyi qorumağa və təhlükəsizlik təlimatlarına ciddi şəkildə əməl etməyə çağırıb.
Bəsti Rəfizadə
Sfera.az