ABŞ Prezidenti Donald Tramp 2026-cı il futbol üzrə dünya çempionatında ABŞ millisinin ilk oyununun bileti üçün 1000 dollar ödəməyəcəyini bildirib.


 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə “New York Post” nəşrinə açıqlamasında danışıb. “Bu rəqəmdən xəbərim yox idi. Əlbəttə, orada olmaq istərdim, amma açığı, buna görə belə məbləğ ödəməzdim”,– Tramp qeyd edib.


 


“Forbes”in məlumatına görə, FİFA tərəfindən 155 dollara satışa çıxarılan biletlərin qiyməti vasitəçi platformalarda 1000 dolları keçə bilər. Final oyunu üçün FİFA-nın 8680 dollara təklif etdiyi ən bahalı biletlərin isə ikinci əl satış saytlarında 57 min dollara qədər yüksəldiyi bildirilib.


 


Qeyd edək ki, 2026-cı il futbol üzrə dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.


 


Firuzə Əliyeva


Sfera.az