Meta şirkətinin 2026-cı ildə həyata keçirdiyi platforma miqyaslı “bot təmizləməsi” əməliyyatı İnstaqramda saxta və qeyri-aktiv hesabların silinməsi ilə nəticələnib.
Sfera.az xəbər verir ki, bu addım sosial şəbəkənin ümumi statistikasında ciddi dəyişikliklərə səbəb olub. Təmizləmə sonrası ən böyük azalma dünya futbolunun ulduzlarında qeydə alınıb. Portuqaliyalı hücumçu Kriştiano Ronaldo təxminən 18 milyon izləyicisini itirib.
Eyni proses digər məşhur futbolçulara da təsirsiz ötüşməyib. Argentinalı Lionel Messi və fransalı Kilian Mbappe də sistemin qeyri-autentik profilləri filtrdən keçirməsi nəticəsində əhəmiyyətli izləyici azalması ilə üzləşiblər. Metanın bu addımı platformada daha real və aktiv auditoriya yaratmaq məqsədi daşıyır.
Niyaz Hacıyev
Sfera.az