Quba rayonunda iaşə obyektlərinin birində ölüm hadisəsi baş verib.

 


Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, mayın 7-si saat 08 radələrində Güləzi kəndin ərazisində yerləşən “Xınalıq” restoranında ofisiant işləyən kənd sakini 1963-cü il təvəllüdlü Zahid İmambala oğlu Seyidbalayev qəfil vəfat edib.

 


Onun infarktdan öldüyü bildirilib.

 


Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.