Məşhur sənətçi İbrahim Tatlıses sağlamlıq problemlərinə baxmayaraq musiqi fəaliyyətini dayandırmayıb. “İmperator” ləqəbli sənətçi, Harputun sevilən xalq mahnısı “Baboş”u özünəməxsus tərzdə yenidən ifa edib.




Sfera.az xəbər verir ki, mahnının sözləri və musiqisi Murat Ergüneşə, aranjimanı isə Ceyhun Çeliktenə aiddir.


 


Tatlısesin ifası əsərə nostaljik bir hava qatır, ənənəvi və müasir səsləri ustalıqla birləşdirir.




Layihədə ən diqqətçəkən yenilik isə süni intellektlə hazırlanmış musiqi videosudur. Harputun isti atmosferini əks etdirən klipdə İbrahim Tatlısesin görüntüləri kinematoqrafik üslubda təqdim olunub. Mahnı Polat Yağcı leybli Poll Production tərəfindən rəqəmsal platformalarda yayımlanıb. Süni intellekt effektləri ilə hazırlanmış video musiqisevərlər tərəfindən “Keçmişə salamlar” kimi şərhlərlə qarşılanıb.




Qeyd edək ki, son həftələrdə səhhətindəki problemlərə görə xəstəxanaya yerləşdirilən İbrahim Tatlıses müalicədən sonra evə buraxılıb. Sənətçi çətin dövrdən sonra yenidən musiqi ilə diqqət mərkəzinə qayıdaraq pərəstişkarlarını sevindirib.


 


Mənsumə

Sfera.az