ABŞ-ın Miçiqan ştatında yaşayan Köhnə Orden Amiş icmasının üzvləri Delagrange ailəsi və yerli səhiyyə şöbəsi arasında on il davam edən "nəcis iddiası" dini azadlıq və ictimai səhiyyə qaydalarının sərhədlərini müəyyən edən tarixi bir razılaşma ilə nəticələnib.
Sfera.az bildirir ki, müasir dünyanı rədd edən və öz dini həyat tərzi üçün mübarizə aparan bir icmanın yaşadıqları gündəm olub.
2015-ci ildə Miçiqanın Lenawee bölgəsinə köçən Delagrange ailəsi, müasir həyatın "lüksü" hesab etdikləri şeyləri - telefon, elektrik və ən əsası kanalizasiya sistemini rədd edərək yaşamağa başlayıb.
Dini inanclarına görə, evlərinin xaricindəki taxta tövlələri tualet kimi istifadə edir, yığılan tullantıları əhəng və heyvan peyini ilə qarışdırır və otlaqlarına yayırdılar.
Ailənin bu ənənəvi üsulu qonşunun şikayətindən sonra yerli səhiyyə şöbəsinin radarına düşüb.
Müfəttişlərin "septik sistem" quraşdırmaq üçün təzyiqinə qarşı Amiş icmasından olan Cozef Qraber məhkəmədə bu təəccüblü müdafiəni edib: "Tanrı bilirdi ki, insanlar nəcis edəcəklər və O, yeri nəcisi udmaq üçün yaratdı."
Lakin səhiyyə departamenti 2019-cu ildə bütün Amiş ailələrini məhkəməyə verib, tullantıların torpağa birbaşa atılmasını ictimai sağlamlığın pozulması hesab edib və evlərinin "insan yaşayışı üçün yararsız" olduğu əsas gətirilərək sökülməsini tələb edib. Məhkəmə iddiasında Amişlərin "Ordnung" adlı yazılmamış qayda kitabları ştatın səhiyyə qanunlarına zidd elan olunub.
Amiş icması septik sistemlərin qurulmasının "modernizm" olduğunu və bu cür sistemlər quranların kilsədən qovulacağını bildirib. Məşhur "Amiş dostu" vəkil Rik Şultenin müdaxiləsi ilə hadisə konstitusiya dini azadlıq mübarizəsinə çevrilib.
Elmi hesabatlar isə təəccüblü bir faktı ortaya çıxardı: Torpaqşünas Riçard Stehauver sübut edib ki, bir Amiş ailəsi tərəfindən hər il istehsal edilən 300 gallon tualet tullantıları regionun geniş qarğıdalı tarlalarına səpələnən 30.000 gallon sənaye gübrəsi ilə müqayisədə "əhəmiyyətsizdir". On illik gərginlikdən sonra tərəflər 2023-cü ildə əl sıxıblar.
Əldə edilən razılığa əsasən: Amişlər tullantıları toplamaq üçün açıq tualetlərinin altına 500 gallonluq möhürlənmiş çənlər quraşdırmaq barədə razılığa gəlinib.
Tullantıları sahəyə yaymazdan əvvəl pH zolaqları ilə sınaqdan keçirəcəklər və illik icazə haqqı 75 dollar ödəyəcəklər.
Ailələr elektrik yuma sistemləri və ya mürəkkəb kanalizasiya sistemləri quraşdırmadan inanclarına uyğun yaşamağa davam etmək hüququ qazandılar.
Bu hal, ABŞ-da sayı 410.000-i keçən və hər 20 ildən bir ikiqat artan Amişlərlə müasir cəmiyyət arasında ilk münaqişə deyil.
Mendən Montanaya qədər yeni yaşayış məntəqələri quran icma; Ailə at arabalarının təhlükəsizliyi, uşaqların təhsili və ənənəvi əkinçilik üsulları kimi məsələlərlə bağlı yerli hakimiyyət orqanları ilə tez-tez qarşıdurmalara davam edir.
Hələlik Delaqranj ailəsi Lenavidəki fermalarında sakitcə yaşamağa davam edir.
Aynil
Sfera.az