ABŞ ordusu Oman körfəzindəki limanlara girməyə çalışan İrana məxsus neft tankerlərini sıradan çıxarıb.


 


Sfera.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat verib.


 


Bildirilib ki, 8 mayda ABŞ qüvvələri Oman körfəzindəki İran limanına girməzdən əvvəl “Sea Star III” və “Sevda” tankerlərini sıradan çıxarıb:


 


"USS Corc H.W. Buş təyyarədaşıyan gəmisindən “F/A-18 Super Hornet” qırıcısı hər iki tankerə dəqiq zərbələr endirərək, qaydanı pozan gəmilərin İrana girməsinin qarşısını alıb".


 


CENTCOM həmçinin 6 mayda ABŞ qüvvələrinin İranın “Hasna” tankerini sıradan çıxardığını bildirib./axar.az