Dünya bazarında Azərbaycan neftinin qiyməti 4 dollardan çox artıb.


 


Sfera.az xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin son qiyməti 4,43 ABŞ dolları və ya 4,2% artaraq 109,98 ABŞ dolları təşkil edib.


 


Əvvəlki ticarət sessiyasında “Azeri Light” nefti 105,55 ABŞ dollarından satılıb.


 


Qeyd edək ki, Azərbaycan neftinin qiyməti 2026-cı ilin dövlət büdcəsi üzrə 65 dollar müəyyən edilib./APA