Bu gün İranda yerli vaxtla saat 07:43-də İranın qərbində yerləşən Lorestan vilayətində 4,2 bal gücündə zəlzələ baş verib.


 


Sfera.az Trend-ə istinadən bildirir ki, Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb.


 


Məlumata görə, zəlzələ vilayətin Kuhdəşt rayonunda 7 km dərinlikdə qeydə alınıb.


 


Zəlzələ baş verən rayona vəziyyətin dəyərləndirilməsi üçün qüvvələr cəlb olunub.


 


Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.