ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında elan olunan atəşkəsin uzadıla biləcəyini istisna etməyib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Tramp Ağ Evin qarşısında jurnalistlərə açıqlamasında müharibənin başa çatmasını istədiyini bildirib.
“Mən bu müharibənin bitməsini görmək istərdim”, - ABŞ lideri vurğulayıb.
O əlavə edib ki, atəşkəs rejiminin daha uzun müddət davam etməsinin tərəfdarıdır.
Xatırladaq ki, Vladimir Putinin qərarına əsasən, Rusiya mayın 8-dən 10-dək Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 81 illiyi münasibətilə atəşkəs elan edib. Daha sonra Rusiya ilə ABŞ arasında aparılan telefon danışıqları və Vaşinqtonun Kiyevlə təmasları nəticəsində mayın 9-11-i üçün də atəşkəs razılaşmasının əldə olunduğu açıqlanıb.
Rusiya Müdafiə Nazirliyi mayın 8-i gecə saatlarından etibarən xüsusi hərbi əməliyyat zonasında rus qoşunlarının döyüş əməliyyatlarını tam dayandırdığını bəyan edib. Ukrayna tərəfinin isə Rusiya hərbi mövqelərinə və mülki obyektlərə zərbələri davam etdirdiyi bildirilib.
Firuzə Əliyeva
Sfera.az