Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hantavirusun qlobal əhali üçün yaratdığı riski aşağı qiymətləndirdiyini, lakin epidemioloji vəziyyətin izlənilməsinə davam edəcəyini bəyan edib.




Sfera.az bildirir ki, ÜST beynəlxalq təmasların izlənilməsi prosesinə dəstək verdiyini vurğulayıb:


 


“Bu hadisənin qlobal əhali üçün yaratdığı risk aşağı hesab olunur. Lakin gəmidəki sərnişinlər və heyət üçün risk orta səviyyədədir. Hazırda 4 xəstənin müalicəsi xəstəxanada davam edir. Onlardan biri Yohannesburqda (Cənubi Afrika) reanimasiyadadır, digərləri isə Hollandiya və İsveçrədəki klinikalara yerləşdirilib".




Hantavirus əsasən gəmiricilərdən insanlara keçən təhlükəli xəstəlikdir. Gəmiricilərin qurumuş ifrazatlarının (nəcis, sidik, tüpürcək) qarışdığı havanın tənəffüs edilməsi, həmçinin dişləmə və ya cırmaqlama nəticəsində keçir. Qızdırma, yorğunluq və əzələ ağrıları ilə başlayır. Tənəffüs çatışmazlığına, daxili qanaxmaya və böyrək çatışmazlığına səbəb ola bilər.




Bəsti Rəfizadə

Sfera.az