Moskva ABŞ və Bəhreyni BMT Təhlükəsizlik Şurasında İranla bağlı qətnamə layihəsini geri götürməyə çağırır.


 


Sfera.az xəbər verir ki. Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Alimov bildirib.




“Danışıqlar masasında ABŞ-Bəhreyn layihəsi də var, biz onu dəstəkləyə bilmərik. İndi ABŞ-Bəhreyn layihəsinin həmmüəlliflərini onu geri götürməyə və bu sənədlə bağlı tələsik qərarlar verməməyə çağırırıq, çünki hələlik bu sənəd üçün heç bir potensial görmürük”, - o, “İzvestiya” qəzetinə bildirib.




Alimov qeyd edib ki, Rusiya-Çin layihəsi danışıqlar masasında qalır:




"Bu layihədə tərəflərə müharibəni dayandırmaq, güc tətbiq etməkdən çəkinmək və fikir ayrılıqlarını danışıqlar masasında həll etmək üçün açıq çağırışlar va. Bəzi hissələrdə gəmiçilik azadlığının təmin edilməsinin vacibliyinə də toxunulur və layihə ilə bağlı hələ qərar verilməyib".




Rusiya xarici işlər nazirinin müavini vurğulayıb ki, İran və ABŞ-nin yeni zərbələri, narahatlıq doğurur:


 


"Ümid edirik ki, danışıqlar prosesinin sürətlənməsi nəticədə müəyyən nəticələr verəcək və biz həmişə zorakılığa qeyd-şərtsiz son qoyulmasını və Vaşinqtonla Tehran arasında uzunmüddətli razılaşmalara gətirib çıxaran siyasi və diplomatik həlli müdafiə etmişik. Buna mane olan hər şey, şübhəsiz ki, narahatlıq doğurur".


 


Firuzə Əliyeva

Sfera.a