Astrologiyaya görə bəzi bürclər münasibətlərdə daha emosional, bəziləri isə daha seçici və çətin xarakterli olurlar. Məhz bu xüsusiyyətlər onların “əsl sevgini” tapmasını gecikdirə və ya münasibətlərdə davamlı problemlər yaratmasına səbəb ola bilər.




Sfera.az astrologiyada sevgi mövzusunda ən çox çətinlik çəkdiyi deyilən bürcləri təqdim edir:




Dolça




Azadlığına həddindən artıq bağlı olan Dolçalar münasibətlərdə məsafə saxlamağa meyilli olurlar. Onlar emosiyalarını açıq şəkildə ifadə etmədikləri üçün tərəf müqabili ilə dərin bağ qurmaqda çətinlik çəkirlər. Bu səbəbdən Dolçalar tez-tez “əsl sevgini” tapmadıqlarını düşünürlər.




Əkizlər




Dəyişkən xarakterləri ilə tanınan Əkizlər tez darıxır və münasibətlərdə sabit qala bilmirlər. Bir insanla uzun müddət emosional bağ qurmaq onlar üçün çətin ola bilər. Astrologiyada Əkizlərin tez-tez ideal partnyor axtarışında olduğu bildirilir.




Oxatan




Sərbəst ruhlu Oxatanlar macəra və yenilik axtarışını sevdikləri üçün ciddi münasibətlərdən uzaq qala bilirlər. Onlar bağlanmaqdan qorxduqları üçün çox zaman sevgini tapdıqları halda belə münasibəti davam etdirə bilmirlər.




Qız




Həddindən artıq seçici və tənqidçi olmaları Qız bürcünün sevgi həyatına mənfi təsir göstərə bilər. Onlar ideal insan axtardıqları üçün qarşı tərəfdə daim qüsur tapır və münasibətləri çətinləşdirirlər.




Əqrəb




Çox qısqanc və emosional olan Əqrəblər münasibətlərdə güvən problemi yaşayırlar. Dərin sevgi hiss etsələr də, xəyanət qorxusu onların münasibətlərini zədələyə bilər.

 


Firuzə Əliyeva

Sfera.az