ABŞ Dövlət Departamenti İsrail və Livan hökumətləri arasında 14 və 15 may tarixlərində mühüm danışıqların keçiriləcəyini bəyan edib. 




Sfera.az xəbər verir ki, görüşlərdə İsrail üçün daimi təhlükəsizlik, Livan üçün isə suverenlik və yenidənqurma prosesinə dair strateji addımların atılacağı gözlənilir.




Yaxın Şərqdə gərginliyin davam etdiyi bir vaxtda ABŞ-dən gələn bu açıqlama bölgədəki diplomatik hərəkətliliyi artırıb.


 


ABŞ Dövlət Departamentinin yazılı bəyanatında bu danışıqların 23 apreldəki təmasların davamı olduğu bildirilib:




“Hər iki nümayəndə heyəti tərəflərin fundamental narahatlıqlarını əsaslı şəkildə həll edən, hərtərəfli sülh və təhlükəsizlik sazişini irəli aparmağa yönəlmiş detallı müzakirələr aparacaq”.




Açıqlamada vurğulanıb ki, bu görüşlər son 20 ilin "uğursuz yanaşmasından" qəti şəkildə qopmaq məqsədi daşıyır. Xüsusilə terror qruplaşmalarının möhkəmlənməsinə, Livanın dövlət nüfuzunun sarsılmasına və İsrailin şimal sərhədinin təhlükə altına düşməsinə imkan verən köhnə siyasətlərin geridə qalacağı qeyd edilib.




ABŞ tərəflərin milli maraqlarını uzlaşdırmağa çalışacağını bildirərək vurğulayıb ki, hərtərəfli sülh yalnız Livanın dövlət otoritetinin bərpası və Hizbullahın tamamilə tərksilah edilməsi ilə mümkündür.




Bu görüşlərin onilliklərdir davam edən münaqişəni sonlandırmaq və iki qonşu ölkə arasında qalıcı barış tesis etmək üçün həlledici addım olduğu hesab edilir.




Bəsti Rəfizadə

Sfera.az