Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ administrasiyası nümayəndələrinin, o cümlədən ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffin Moskvaya səfərinin hələlik planlaşdırılmadığını açıqlayıb.


 


Sfera.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.


 


Peskov jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ nümayəndələrinin Rusiyaya səfəri ilə bağlı real perspektiv yoxdur.


 


O, ABŞ Prezidenti Donald Trampın öz nümayəndələrini Moskvaya göndərməyə hazır olması barədə dediklərinə də münasibət bildirib.

Peskov qeyd edib ki, bu, yalnız ehtimal xarakterli bəyanatdır və hazırda belə bir plan mövcud deyil.


 


“Bu daha çox fərziyyə xarakterli açıqlama idi”, – deyə Kremlin sözçüsü vurğulayıb.


 


Firuzə Əliyeva

Sfera.az