Türk xalq musiqisinin məşhur ifaçısı Zara son görüntüsü ilə sosial şəbəkələrdə gündəm olub. Müğənninin paylaşdığı yeni fotolar izləyicilər arasında böyük maraq və müzakirə yaradıb.


 


Sfera.az xəbər verir ki, estetik əməliyyat etdirən məşhurlar siyahısına Zara da qoşulub. Sənətçinin son görüntülərini görən bir çox sosial media istifadəçisi onu tanımaqda çətinlik çəkib.


 


20 kilo çəki atdığını açıqlayan Zara həm görünüşündə, həm də səhnə üslubunda yenilik edib. Onun seçdiyi geyim tərzi və fərqli imici izləyicilərin marağına səbəb olub.


 


Xüsusilə üz cizgilərindəki dəyişiklik və fərqli makiyaj tərzi diqqətdən yayınmayıb. Müğənninin paylaşımları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.


 


İzləyicilərin bir qismi Zaranın son görünüşünü Kim Kardashiana bənzədib.


 


Mənsumə




Sfera.az