Mark Hamillın ABŞ Prezidenti Donald Tramp haqqında paylaşımı ölkədə geniş müzakirələrə səbəb olub.
Sfera.az xəbər verir ki, “Star Wars” seriyasının məşhur aktyoru Donald Trampı məzarda təsvir edən süni intellekt görüntüsünü “Kaş ki” qeydi ilə paylaşaraq gündəmə gəlib. Qısa müddətdə yayılan paylaşım sosial şəbəkələrdə ciddi tənqid olunub.
Ağ Ev sözçüsü aktyorun paylaşımına sərt reaksiya verərək bunun qəbuledilməz olduğunu bildirib. Artan təzyiqlərdən sonra Mark Hamill paylaşımı silib və açıqlama yayaraq Trampın ölümünü arzulamadığını deyib. O, yalnız Trampın törətdiyi iddia olunan əməllərə görə cavab verməsini istədiyini vurğulayıb.
Qeyd edək ki, Mark Hamill daha əvvəl də Donald Tramp və onun administrasiyasına qarşı sərt çıxışları ilə diqqət çəkib.
Mənsumə
Sfera.az