Əgər Bəhreyn ABŞ-ın qərarlarını dəstəkləsə, Hörmüz boğazı onlar üçün də bağlı olacaq.


 


Sfera.az xəbər verir ki, bunu İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici İşlər Komissiyasının rəhbəri İbrahim Əzizi Bəhreyndə SEPAH-la bağlı 41 nəfərin saxlanılmasına münasibət bildirərkən deyib.


 


"Bəhreyn kimi mikrodövlətlər də daxil olmaqla, hökumətlər ABŞ-ın qərarlarını dəstəkləsələr, ciddi nəticələrlə üzləşəcəklər. Hörmüz boğazı həyati əhəmiyyət kəsb edir”, - Əzizi qeyd edib.