Populyar sosial media platformalarından “İnstagram”-ın “iPad” tətbiqi üçün yeni dizayn yeniləməsi təqdim edilib.


 


Sfera.az bildirir ki, bir müddətdir “iPad” versiyasının kifayət qədər yenilik almaması istifadəçilər tərəfindən tənqid olunurdu.


 


Nəhayət, “Meta” Platforms tərəfindən yayımlanan son yeniləmə ilə tətbiq daha müasir görkəm alıb. Lakin tamamilə yeni interfeys əvəzinə, “iPhone” versiyasına daha çox bənzəyən bir dizayna keçid edilib.


 


Şirkət əvvəlki illərdə “iPad” üçün “İnstagram”-ın geniş istifadə olunmadığını bildirsə də, uzun fasilədən sonra tətbiqin “iPad”versiyası yenidən istifadəyə təqdim olunub. 


 


Yeni versiyada əsas səhifə tam yenilənib, izlənilən hesabların paylaşımları artıq daha rahat görünür. Eyni zamanda, tövsiyə edilən məzmunlar da “iPhone”-dakı kimi daha tanış və səliqəli formatda istifadəçilərə təqdim olunur.


 


Mənsumə




Sfera.az