Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.


 


Sfera.az xəbər verir ki, "Mercedes Sprinter" markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. Hadisə rayon ərazisində qeydə alınıb.


 


İlkin məlumata əsasən, qəza nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb. Yaralılar Yevlax və Mingəçevir şəhərlərində yerləşən tibb müəssisələrinə çatdırılıblar.


 


 Faktla bağlı araşdırma aparılır./apa