Ağdam rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


 


Sfera.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, qəza rayonun Xıdırlı kəndi ərazisində qeydə alınıb.


 


Məlumata görə, hərəkətdə olan “Hyundai” markalı avtomobil qarşıdan gələn “VAZ-2106” markalı maşınla toqquşub.


 


Qəza nəticəsində avtomobillərdə olan 4 nəfər hadisə yerində həyatını itirib, 1 nəfər isə ağır xəsarət alıb. Yaralıların xəstəxanaya çatdırılması üçün hadisə yerinə həkim briqadaları cəlb olunub.


 


Ölən şəxslərin hərbçi olduqları bildirilir.


 


FHN-nin Qarabağ Regional Mərkəzinin xilasediciləri avtomobillərdə sıxılı vəziyyətdə qalan meyitləri çıxararaq aidiyyəti üzrə təhvil verib.


 


Faktla bağlı araşdırma aparılır.