Bakının Hüseyn Cavid prospektində yaşayış mənzili yanıb.



 


Sfera.az xəbər verir ki, yanğın zamanı 1 nəfər xəsarət alıb.




"Evdə 2 nəfər olub. Xəsarət alan 1 nəfərə yerində tibbi yardım göstərilib və xəstəxanaya aparılıb. Yanğın nəticəsində ev yararsız vəziyyətə düşüb. FHN-in yanğınsöndürmə xidməti hadisə yerinə cəlb edilib", məlumatda bildirilib. (Report.az)