Ukraynada demoqrafik böhran yaşanır, əhalinin sayı 22-25 milyona düşüb.


 


Sfera.az xəbər verir ki, bunu Ukraynanın sosial siyasət, ailə və birlik naziri Denis Ulyutin deyib.


 


O qeyd edib ki, sözügedən rəqəm Kiyevin nəzarəti altında olan ərazilərə də aiddir:


 


“1991-ci ildə Ukrayna əhalisi təxminən 48 milyon idi. Əhalinin azalması müharibə, miqrasiya və demoqrafik böhranla əlaqəlidir. Rusiyanın nəzarətində olan ərazilərdə təxminən 3 milyon ukraynalı yaşayır”, – nazir bildirib.