Azərbaycanlı marafonçular Ayaz Mirzəyev və həmkarı Namig Nadirov mayın 10-da Elba adasında keçirilən beynəlxalq marafonda ölkəmizi uğurla təmsil ediblər.


 


İdmançılar yağışlı hava şəraitində, uzun və çətin aşırımlarla müşayiət olunan 42,2 kilometrlik marafon məsafəsini təxminən 5 saata başa vurublar.


 


Ayaz Mirzəyev sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə Azərbaycan bayrağının onlar üçün ən böyük motivasiya mənbəyi olduğunu vurğulayıb:


 


“Həmişə demişəm, bizimlə bayrağımız varsa başqa motivasiya lazım deyil. Ən çətin sınaqlara hazırıq, təki o həmişə yüksəkdə dalğalansın.”




Qeyd edək ki, marafon İtaliyanın məşhur Elba adasında təşkil olunub və müxtəlif ölkələrdən idman həvəskarlarını bir araya gətirib.