Avropa İttifaqı (Aİ) mayın 11-də müharibənin əvvəlində cəbhə zonasından ukraynalı uşaqların Rusiyaya qaçırılmasına görə Moskvaya yeni sanksiyalar tətbiq etmək istəyir.


 


Sfera.az xəbər verur ki, bunu Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.


 


“Ukraynalı uşaqlar məsələsinə görə sanksiyalar qəbul etməklə bu gün irəliyə doğru növbəti addımı atacağımıza ümid edirik”, - o, Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin toplantısından əvvəl deyib.


 


Məsələ bir Rusiyadan neçə şəxsin Aİ-nin qara siyahısına daxil edilməsi ilə bağlıdır. Bura Aİ zonasına girişin qadağan edilməsi və banklardakı aktivlərin dondurulması daxildir.