Şəmkirdə manqal yandırarkən ehtiyatsız davranan kənd sakini yanaraq ölüb.
Sfera.az xəbər verir ki, hadisə mayın 3-də baş verib.
Belə ki, F. Məmmədov manqal yandırarkən benzin ilə ehtiyatsız davrandığından yanıq xəsarətləri alıb.
O, ötən gün yerləşdirildiyi xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.