Türkiyə şou-biznesinin populyar siması, müğənni Zeynep Bastık şəxsi həyatı ilə yenidən gündəmə gəlib.


 


Sfera.az bildirir ki, ifaçı iki ildir eşq yaşadığı aktyor Serkay Tütüncü ilə evlilik yolunda ilk addımı atıb. Hazırda Fransanın paytaxtı Parisdə tətil edən cütlük münasibətlərinin ikinci ildönümünü qeyd edib. Serkay Tütüncü romantik atmosferdə sevgilisinə evlilik təklifi edib.


 


Müğənni aktyorun təklifinə "Bəli" cavabını verib. Zeynep Bastık xoşbəxt anlarını sosial media hesabında izləyiciləri ilə bölüşüb. O, paylaşımına “Tezliklə" qeydini əlavə edərək toyun yaxında olacağına işarə vurub.


 


Xatırladaq ki, Zeynep Bastık 2021-ci ildə meneceri Tolqa Akış ilə ailə həyatı qurub, lakin cəmi bir il sonra qarşılıqlı razılaşma yolu ilə boşanıb. 35 yaşlı Serkay Tütüncü ilə evlilik ifaçının ikinci nikahı olacaq.


 


Bəsti Rəfizadə


Sfera.az