Avropa İttifaqı Ukraynaya ayrılması nəzərdə tutulan 90 milyard avroluq hərbi maliyyə proqramı çərçivəsində ilk tranşı gələn həftə təqdim etməyi planlaşdırır.


 


Sfera.az xəbər verir ki, bu barədə Aİ-nin Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Marta Kos Aİ xarici işlər nazirlərinin toplantısına qatılarkən açıqlama verib.


 


O, ukraynalı jurnalistlərin vəsaitin ayrılma vaxtı ilə bağlı sualını cavablandırarkən bildirib ki, “ilk tranşın artıq gələn həftə göndərilməsi gözlənilir”.


 


Qeyd edək ki, sözügedən 90 milyard avroluq proqram 2026-2027-ci illəri əhatə edir və Ukraynanın müdafiə imkanlarının gücləndirilməsinə yönəlib. Aİ rəsmiləri maliyyə yardımının mərhələli şəkildə təqdim olunacağını bildirirlər.




Firuzə Əliyeva

Sfera.az