Vikinqlər dövrünə aid 1300 yaşında qılınc olan tapılıb.
Sfera.az xəbər verir ki, onu arxeoloqlar yox, Norveçdə bir məktəbli tapıb.
Belə ki, sinif yoldaşları ilə birlikdə ekskursiya zamanıHenrik Refsnes Myortvedt gedərkən yerdən çox köhnə bir qılıncın dəstəyinə bənzəyən bir şeyin çıxdığını görüb.
Oğlan əşyanı yerdən çıxarıb. Sonra məlum olub ki, paslı və bir az əyilmiş dəmir əşya təxminən 1,3 metr uzunluğunda qılıncdır və erkən Vikinq dövrünə aiddir.
"Bu hissə çıxıntılı idi. Üzərində pas və kir var idi. Onu qaldırıb nə olduğunu görməyə qərar verdim", - oğlan “Hadeland” qəzetinə bildirib.
Firuzə Əliyeva
Sfera.az