İran hakimiyyəti ABŞ ilə münaqişənin həlli ilə bağlı hazırkı danışıqlarda respublikanın nüvə proqramı ilə bağlı məsələlərə toxunmur.
Sfera.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bagai deyib.
“Bu mərhələdə diqqətimiz müharibənin dayandırılmasına yönəlib. Nüvə məsələsinə, İran materiallarına və zənginləşdirmə ilə bağlı mövzulara gəldikdə isə hansı qərarların veriləcəyi və hansı variantların nəzərdən keçiriləcəyi məsələsi vaxtı çatanda mütləq müzakirə edəcəyik”, - deyə Baqay mətbuat konfransında bildirib.
Firuzə Əliyeva
Sfera.az