Fransa səhiyyə orqanları MV Hondius kruiz gəmisindən təxliyə edilən bir vətəndaşın hantavirusa yoluxduğunu təsdiqləyib.


 


Sfera.az xəbər verir ki, bu barədə Fransanın səhiyyə naziri Stefani Rist "France Inter" radiosunda bildirib.


 


O, əvvəllər virusun simptomları olan qadında testin nəticəsinin müsbət çıxdığını deyib. Nazir qadının gəmidə bir neçə digər fransızla birlikdə olduğunu təsdiqlədi. O, sərnişinin 10 mayda təyyarə ilə Fransaya qayıtdıqdan sonra gecə saatlarında vəziyyətinin pisləşdiyini qeyd edib.


 


"Xəstə yoluxucu xəstəliklər üzrə ixtisaslaşmış xəstəxanada müalicə olunur və palatalarda bir sıra qoruyucu tədbirlər görülüb. Bunlar virusun yayılmasının qarşısını almaq üçün istifadə olunur", - deyə Rist bildirib. 

O, əlavə edib ki, Fransa hakimiyyəti hantavirusa yoluxmuş şəxslərlə təmasda olan 22 nəfəri müəyyən edib.

 




Firuzə Əliyeva

Sfera.az