Taylandda yarasalarda yeni koronavirus ştammının aşkar edildiyi bildirilib. 


 


Sfera.az xəbər verir ki, bu barədə məlumatı ölkənin rəsmi qurumları açıqlayıb. Nazirliyin açıqlamasına görə, hazırda insanlar arasında bu virusa yoluxma halı qeydə alınmayıb.


 


Bildirilir ki, aparılan araşdırmalar yeni ştammın “COVID-19”la müqayisədə daha az patogen və daha zəif yoluxucu olduğunu göstərir. Həmçinin mövcud koronavirus peyvəndlərinin xəstəliyin ağır keçməsinin qarşısını almaqda effektivliyini qoruduğu vurğulanıb. Buna görə də epidemiya riski aşağı qiymətləndirilir.


 


Beynəlxalq alimlər qrupu bəzi koronavirusların insan hüceyrələrinə daxil olmaq üçün yeni reseptorlardan istifadə edə bildiyini müəyyən edib. Araşdırmaya əsasən, viruslar hüceyrələrin “kilidi” hesab olunan bioloji strukturlar üçün əlavə “açarlar” formalaşdırır.


 


Söhbət Şərqi Afrikada aşkarlanan “CcCoV-KY43” adlı yarasa koronavirusundan gedir. Alimlər müəyyən ediblər ki, virusun hüceyrəyə yapışmasını təmin edən sünbülvari zülal ağciyər toxumasında yerləşən “CEACAM6”zülalı ilə qarşılıqlı əlaqə qura bilir. Bu isə həmin virusların potensial təsir dairəsinin əvvəl düşünüləndən daha geniş ola biləcəyini göstərir.


 


Qeyd edək ki, daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri hantavirus və “COVID-19” arasında müqayisələr apararaq yeni virus təhlükələrinə qarşı qlobal hazırlığın vacibliyini vurğulamışdı.


 


Fidan Hacızadə

Sfera.az