Tbilisidəki Müqəddəs Üçlük Kafedralında keçirilən Gürcü Pravoslav Kilsəsinin genişləndirilmiş şurasında yeni Katolikos-Patriarxın seçilməsi üzrə səsvermə prosesi başa çatıb.


 


Sfera.az xəbər verir ki, səsvermədə Müqəddəs Sinodun bütün 39 üzvü iştirak edib.


 


Səsvermə nəticəsində Mitropolit Şio (Elizbar Muciri) bütün Gürcüstanın yeni - 142-ci katalikos-patriarxı seçilib.


 


Xatırladaq ki, bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya martın 17-də 93 yaşında vəfat edib. Onun vəfatı ilə əlaqədar ölkədə matəm elan olunub və matəm günləri dəfn mərasiminə qədər (22 mart) davam edib.