İnsanlara qarşı dözümsüzlük hiss etdiyi üçün sivil həyatdan uzaqlaşmağa qərar verən bir şəxs tam 37 il ərzində kimsəsiz adada təkbaşına yaşayıb.
Sfera.az xəbər verir ki, səs-küylü mühitdən və insan münasibətlərindən uzaq durmağı seçən həmin şəxs, təbiətlə iç-içə, tamamilə izolyasiya olunmuş həyat qurub.
Məlumata görə, o, gündəlik ehtiyaclarını özü qarşılayıb, təbiətin imkanlarından istifadə edərək yaşamını davam etdirib. Uzun illər ərzində adada tənha həyat sürən şəxsin hekayəsi sosial mediada və dünya mətbuatında böyük maraq doğurub.
Onun bu seçimi bəzi insanlar tərəfindən “azad həyat tərzi” kimi qiymətləndirilsə də, digərləri bunu cəmiyyətlə əlaqələrin tamamilə qırılması kimi dəyərləndirir.
Niyaz Hacıyev
Sfera.az