ABŞ Maliyyə Nazirliyi İranın İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqədə olduqları iddia edilən üç İran vətəndaşı və doqquz şirkətə qarşı sanksiyalar tətbiq edib.
Sfera.az xəbər verir ki, bu barədə nazirliyin Xarici Aktivlərə Nəzarət İdarəsinin yaydığı açıqlamada məlumat verilib.
Bildirilib ki, sanksiya siyahısına Honkonq və Birləşmiş Ərəb Əmirliklərindən dörd şirkət, həmçinin Omandan bir hüquqi şəxs daxil edilib.
ABŞ tərəfi qeyd edib ki, sözügedən şəxslər və şirkətlər İranın elit hərbi qurumu hesab edilən İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli fəaliyyətlərdə iştirak etməkdə şübhəli bilinir.
Niyaz Hacıyev
Sfera.az