Eurovision 2026 mahnı müsabiqəsi bu il mayın 12, 14 və 16-da Vyana şəhərində keçiriləcək.
Sfera.az xəbər verir ki, musiqi yarışması Azərbaycanda ənənəvi olaraq İTV vasitəsilə canlı yayımlanacaq.
Müsabiqənin şərhçiləri isə Aysel Zahidqızı və Azər Süleymanlı olacaq. Onlar Eurovision gecələrində tamaşaçılara yarışma ilə bağlı ən son məlumatları və maraqlı məqamları təqdim edəcəklər. Qeyd edək ki, Eurovision mahnı müsabiqəsi hər il dünyanın müxtəlif ölkələrindən milyonlarla tamaşaçını ekran qarşısına toplayan ən böyük musiqi yarışlarından biri hesab olunur.
Niyaz Hacıyev
Sfera.az