Rusiyanın paytaxtı Moskvada keçirilən Qələbə Günü paradında Rusiya Prezidenti Vladimir Putinin görüntüsü dünya mediasının diqqət mərkəzinə düşüb.


 


Sfera.az xəbər verir ki, “Sözçü” qəzeti məlumat yayıb. Bildirilir ki, Putinin üzündəki şişkinlik və yaşlanmış görünüş sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.


 


Bəzi istifadəçilər bunun botoksdan qaynaqlandığını iddia etsə də, digərləri mümkün sağlamlıq problemləri ilə əlaqələndirib.


 


Məqalədə qeyd olunur ki, Ukrayna rəsmiləri də görüntülərlə bağlı ironik açıqlamalar veriblər. Eyni zamanda, bəzi siyasi analitiklər Putinin son dövrlərdə daha yorğun və zəif göründüyünü vurğulayıblar.


 


Türkiyə mediası yazır ki, sosial şəbəkələrdə bunun botoks müdaxiləsi, yoxsa səhhətindəki problemlərlə bağlı olduğu barədə müxtəlif iddialar səsləndirilir.


 


Xüsusilə üz ifadəsi və mimikalarının əvvəlki illərlə müqayisədə fərqli görünməsi istifadəçilər arasında geniş müzakirə yaradıb./globalinfo