Braziliya millisinin baş məşqçisi Carlo Ancelotti 2026-cı il dünya çempionatı üçün komandanın genişləndirilmiş heyət siyahısını Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasına (FIFA) təqdim edib.


 


Sfera.az xəbər verir ki, bu barədə “BeSoccer” məlumat yayıb.




Siyahıda 55 futbolçunun adı yer alıb. Heyətə Sankt-Peterburq “Zenit”inin iki oyunçusu - müdafiəçi Duqlas Santos və yarımmüdafiəçi Luis Enrike də daxil edilib. Genişləndirilmiş siyahıda Braziliya millisinin tarixində ən çox qol vuran futbolçu olan Neymar da yer alıb. Təcrübəli hücumçu 2023-cü ilin oktyabr ayından etibarən milli komandada forma geyinməyib.




Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirin tarixində ilk dəfə olaraq yarışda 48 komanda iştirak edəcək.




Braziliya millisi qrup mərhələsində Mərakeş, Haiti və Şotlandiya yığmaları ilə qarşılaşacaq.


 


Niyaz Hacıyev 

Sfera.az